ƏRZAQ SƏBƏTİ

Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida sərgisində təmsil olunacaq
28 İYUL
259

Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida sərgisində təmsil olunacaq

2017-07-28 09:31:00

Sentyabrın 20-23-də İstanbulda “CNR Food İstanbul 2017” Beynəlxalq qida və içki məhsulları, qida emalı sistemləri, qablaşdırma, soyutma, daşıma və market avadanlığı sərgisi keçiriləcək.

Fins.az xəbər verir ki, “CNR Food İstanbul 2017”də Azərbaycan, İtaliya, Almaniya, Böyük Britaniya, Yunanıstan, Çin, Yaponiya, İran, İraq, Liviya, Birləşmiş Ərəb Əmirlikləri, Sudan, Hindistan, Əlcəzair, Tunis, Rusiya və digər ölkələrdən bu sektorda fəaliyyət göstərən şirkətlər təmsil olunacaq.

Ümumilikdə, tədbirdə çoxlu sayda yerli şirkət və 84 ölkədən 35 minə yaxın ziyarətçinin gəlməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9959
  • ₽ RUB
    0.0287