ƏRZAQ SƏBƏTİ

Ərzaq bazarını dəyişən – 7 STARTAP
12 İYUL
364

Ərzaq bazarını dəyişən – 7 STARTAP

2017-07-12 11:11:00

Business Insider, ərzaq bazarını dəyişən 7 startap siyahısını təqdim edib. Həmin startaplar arasında süni ət istehsal edənlər, tərəvəzləri şaquli fermalarda yetişdirənlər, toyuq yumurtasının alternativini tapmağa çalışanlar və s. var.

Memphis Meats:

2015-ci ildə təsis edilmiş bu startap, heyvan hüceyrələrindən ət məhsulları yaratmaq üçün 3.05 milyon dollar investisiya almışdı. Bu üsul ilə Memphis Meats-in laboratoriyasında toyuq və qaz əti hazırlayıblar. Şirkət təsisçiləri növbəti 5 il ərzində laboratoriya şəraitində ət məhsullarının hazırlanması prosesinin xərclərinin aşağı salınmasını və 2021-ci ildə alternativ ət məhsullarını satmağı planlaşdırırlar.

Apeel Sciences:

Apeel Sciences adlı startap, meyvə və tərəvəzlərin saxlanma müddətini 5 dəfə artıran və yeyintidə heç bir zərər verməyən xüsusi örtük hazırlayıb. Xüsusi örtük funksiyasını daşıyan həmin mayeni çiyələyin üzərinə səpəndə, çiyələk adi vaxtdan 1 həftə çox müddətdə xarab olmadan qalır. Həmin maye, tərəvəz, meyvə və giləmeyvələrin qabıq və çiliklərindən hazırlanıb. Maye bir növ baryer xarakterini daşıyır və o baryer, məhsul təravətinin tez bir zamanda yox olmaması üçün nəzərdə tutulub. Apeel Sciences tərəfindən hazırlanmış məhlul artıq Cənubi Kaliforniya, Keniya və Nigeriyanın fermalarında istifadə olunur.

AeroFarms:

AeroFarms-ın şaquli fermaları, Nyu-Cersidə yerləşir. Startap, göyərti məhsullarını, yerdən 9 metr hündürlükdə yerləşən xüsusi altlıqlarda yetişdirirlər. Bitkilər bu halda öz qida mənbələrini torpaqdan deyil, sudan alırlar. Diod işıqları isə günəş şüaları rolunu oynayırlar. AeroFarms əməkdaşları, fermerlər deyillər. Onlar məlumatlarla çalışmaq üzrə mütəxəssisdirlər. Onlar fermalar sayəsində yığılan 30.000 məlumat elementini müşahidə etmək ilə məşğul olurlar. Bu məlumatlar arasında temperatur, nəmişlik, CO2 səviyyəsi və oksigen də var. 2004-cü ildə işə start verəndən sonra bu startap ümumilikdə 95.8 milyon dollar investisiya cəlb etmişdir. Lakin hələ aydın deyil ki, AeroFarms özünün uğurlu biznes modelini qura biləcək ya yox. Gündəlik elektroenerji sərfiyyatı, böyük xərclərə gətirib çıxardır. Bu səbəbdən də şirkət öz məhsullarına yüksək qiymət göstəricisi təyin edir. Belə ki, şirkətin istehsal etdiyi göyərtinin bir qablaması 3.99$ təşkil edir.

Beyond Meat və Impossible Foods:

Sözügedən startaplar, süni ət istehsal etməklə məşğuldurlar. Hər iki şirkət, istehsal etdikləri süni ətin dadını bitki komponentləri vasitəsilə imitasiya edirlər. Buna misal olaraq kokos yağı, noxud, buğda və kartof zülalını gətirmək olar. Impossible Foods artıq öz süni ət məhsullarını Nyu York və Kaliforniyanın 8 restoranına satır. Bu ilin Mart ayında 182 milyon dollar investisiya cəlb etmiş Impossible Foods, öz məhsullarının irimiqyaslı istehsalını elan edib. Sözügedən məhsul növünü istehsal edən fabrik, ayda 450 ton süni ət istehsal edəcək. İstehsalatın bu il start götürəcəyi planlaşdırılır. Beyond Meat tərəfindən istehsal olunmuş süni ət məhsulları isə Whole Foodsmağazalar şəbəkəsində və vegeterian mağazalarında satılır. Beyond Meat-in arxasında nüfuzlu investorlar dayanıb. Onlardan biri də Bill Gates-dir. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə Bill Gates, sözügedən startapa 17 milyon dollar investisiya yatırmışdı.

Hampton Creek:

Bu startap, vegeterian insanlar üçün müxtəlif məhsullar istehsal edir. Müxtəlif souslardan tutmuş makaronlara kimi. Bir neçə müddət bundan öncə şirkət bildirdi ki, o, süni ət istehsalı ilə məşğul olacaq. Startap ümumilikdə 120 milyon dollar investisiya cəlb edərək artıq bir münaqişənin səbəbkarı olub. Belə ki, məlum olub ki, şirkət, istehsal etdiyi mayonezləri alan insanlara pul ödəyirmiş.

Finless Foods və New Wave Foods:

Amerikada fəaliyyət göstərən bu iki startap, heç bir dəniz canlısını öldürmədən süni dəniz məhsullarını istehsal etməyi söz verib. 2017-ci ildə işə başlamış Finless Foods, ton balığını, digər balıqların hüceyrələrindən istehsal edir. New Wave isə dəniz məhsullarının dadını imitasiya etmək üçün yalnız bitki komponentlərindən istifadə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+30°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294