ƏRZAQ SƏBƏTİ

Yeyinti məhsullarının idxalı 6,8% artıb
12 İYUN
269

Yeyinti məhsullarının idxalı 6,8% artıb

2017-06-12 17:18:00

Bu ilin yanvar-may ayları ərzində Azərbaycana 526,53 mln. ABŞ dolları dəyərində yeyinti məhsulları idxal olunub.

Yeyinti məhsulları idxalında illik müqayisədə 6,8% artım qeydə alınıb.

Hesabat dövründə ət idxalı 2,9 dəfə artaraq 29,447 mln. dollar, süd - 77% artaraq 4,865 mln. dollar, kərə yağı və süddən hazırlanmış digər yağlar - 4,3% artaraq 25,089 mln. dollar, çay - 20,9% artaraq 17,7 mln. dollar, meyvə-tərəvəz - 1,4% artaraq 69,336 mln. dollar, şəkər - 16% artaraq 59,85 mln. dollara çatıb. Bu müddətdə buğda idxalı 38,6% azalaraq 64,294 mln. dollar təşkil edib.

Qeyd edək ki, yeyinti məhsullarının cəmi idxalda xüsusi çəkisi ötən ilin müvafiq dövründə qeydə alınan 14,80%-dən 18,69%-ə yüksəlib.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+23°C
  • $ USD
    1.7022
  • € EUR
    1.8999
  • ₽ RUB
    0.0285