ƏRZAQ SƏBƏTİ

Xaricdən Azərbaycana gətirilən ət 19% bahalaşıb
12 İYUN
318

Xaricdən Azərbaycana gətirilən ət 19% bahalaşıb

2017-06-12 16:17:00

 Bu ilin yanvar-may ayları ərzində Azərbaycana 29,447 mln. ABŞ dolları dəyərində 19 965 ton ət idxal olunub. Yəni, idxal olunan 1 kq ətin orta qiyməti 1,48 dollar təşkil edib.

2016-cı ilin müvafiq dövründə isə ölkəyə 10,106 mln. dollar dəyərində 8 132 ton ət idxalı həyata keçirilib. Bu isə həmin müddətdə 1 kq üçün orta qiymətin 1,24 dollar olması deməkdir. Beləliklə, idxal ətin qiymətində illik 19,4% artım müşahidə olunub.

Qeyd edək ki, 2017-ci ilin ilk beş ayında ölkəyə cəmi idxalın 1,05%-ni ət təşkil edib. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+23°C
  • $ USD
    1.7022
  • € EUR
    1.8999
  • ₽ RUB
    0.0285