ƏRZAQ SƏBƏTİ

Yanvar ayında nə qədər tərəvəz və ət istehsal olunub?
17 FEVRAL 2017
916

Yanvar ayında nə qədər tərəvəz və ət istehsal olunub?

2017-02-17 19:30:00

Azərbaycanda kənd təsərrüfatında yaz-tarla işlərinə hazırlıqla yanaşı, bu ilin yanvar ayında diri çəkidə 38,1 min ton ət, 150,2 min ton süd, 145,4 mln. ədəd yumurta, 6,0 min ton tərəvəz istehsal olunub. 

Dövlət Statistika Komitəsindən Fins.az-a daxil olan məlumata görə, 2016-cı ilin yanvar ayı ilə müqayisədə ət istehsalı 3,4%, süd istehsalı 2,0%, yumurta istehsalı 2,9%, tərəvəz istehsalı 1,9 dəfə artıb.

"Kənd təsərrüfatının ümumi məhsulu 3,5%, o cümlədən bitkiçilik məhsulları istehsalı 33,2%, heyvandarlıq məhsulları istehsalı 2,9% artıb", - komitənin məlumatında deyilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276