ƏRZAQ SƏBƏTİ

Tərəvəzin qiyməti əl yandırır
10 FEVRAL
746

Tərəvəzin qiyməti əl yandırır

2017-02-10 16:14:00

Avropada pis hava şəraiti ilə əlaqədar  başlayan qida böhranı daha da genişlənməkdədir. Bəzi məhsullarda qiymət artımı 100%-dən çoxdur. Fins.az xəbər verir ki, tərəvəz qiymətlərindəki artım xüsusilə diqqət çəkir. Avropanın təzə tərəvəz ehtiyacının 80%-ni qarşılayan İspaniyada badımcanın qiyməti 132% artıb.

Dondurucu soyuqlar  tərəvəz istehsalına ciddi ziyan vurmağa davam edir. Başda İngiltərə və İrlandiya olmaqla  bir çox ölkələrdə tərəvəz qıtlığının yaranması qiymətlərin yüksəlməsinə səbəb olub. İngiltərədə ötən həftə başlayan “kahı və brokoli satışına məhdudiyyət”, tərəvəz qıtlığının  yaza qədər sürəcəyindən  xəbər verir. Balqabaq, badımcan, kahı, gül kələm, ispanaq, kərəviz, brokoli, pomidor istehsalına dəyən ziyan  Avropanın bir çox ölkəsinə öz təsirini göstərdi. Avropada tərəvəzin ana vətəni İspaniyanın  Murcia və Valenciadakı məhsullarının qar altında qalması, İtaliyada soyuq havanın Sicilyaya qədər enməsi supermarket rəflərinə təsir etməyə başladı.

Avropada soyuq hava qiymətləri getdikcə daha da yüksəldir. Avropanın təzə tərəvəzə ehtiyacının 80%-ni qarşılayan İspaniyada yanvarın 8-dən 15-nə qədər badımcanın bir  kiloqramının  qiymətinin 132% qalxıb. Balqabağın qiymətində 60%, bəzi pomidor növlərinin qiymətində  isə 45% artım  müəyyən edilib. Yunanıstan, İtaliya və Fransada da  pis hava şəraitinin tərəvəz istehsalına  mənfi təsiri qitə daxilində tərəvəz qıtlığının dərinləşməsinə səbəb olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289