ƏRZAQ SƏBƏTİ

Ərzağın qiyməti 2 illin ən baha həddinə çatdı
02 FEVRAL
813

Ərzağın qiyməti 2 illin ən baha həddinə çatdı

2017-02-02 17:05:00
2017-ci ilin yanvar ayında ərzaq qiymətləri indeksi (FFPİ) 2016-ci ilin dekabr ayı ilə müqayisədə 3,7 pillə və yaxud 2,1% artaraq 173,8-ci pilləyədək yüksəlib. 
 
Fins.az-ın verdiyi xəbərə görə, bu haqda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının materiallarında deyilir. 2015-ci ilin fevralından bu göstərici ən yüksək zirvədədir.
 
Yağların dünya qiymətləri yanvarda 1,8% artaraq 186,3 pilləyədək, dənli bitkilər 147-ci pilləyədək, şəkər  288,5 pilləyədək yüksəlib.
 
Ət və süd məhsullarının qiymət indeksi faktiki olaraq dekabr ayı ilə müqayisədə dəyişməz olaraq qalıb: ət - 156,7-ci pillədə, süd məhsulları - 193-cü pillədədir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289