ƏRZAQ SƏBƏTİ

Vaxtı keçmiş mallar yenidən satışa qayıdır – EKSPERT
18 YANVAR
985

Vaxtı keçmiş mallar yenidən satışa qayıdır – EKSPERT

2017-01-18 11:18:00

Bir sıra pərakəndə ticarət obyektlərində yararsız, vaxtı keçmiş mallar yenidən satışa çıxarılır. “İstehlakçıların maarifləndirilməsi və hüquqlarının müdafiəsi” İctimai Birliyinin sədri Azər Sərdarov fins.az-a açıqlamasında bildirib ki, iri topdansatış subyektləri bununla bazarda təmərküzləşmə yaranmasına çalışırlar: 

“İstehlak bazarında aparılan yoxlamaların təhlili göstərir ki, qarşılıqlı razılaşmaya əsasən bəzi pərakəndə ticarət obyektlərində istifadəyə  yararsız hala düşmüş-saxlama və yararlılıq müddəti bitmiş, temperatur rejimi və saxlama şəraitinin pozulması nəricəsində keyfiyyətini itirmiş məhsullar pərakəndə ticarət obyektləri tərəfindən satışdan çıxarılaraq mal göndərən təşkilatlara geri qaytarılır. Bu, mal göndərənlər tərəfindən istehsal tarixi, yararlılıq müdddəti dəyişdirilərək, bəzən, hətta dəyişdirilməyərək, yenidən etiketlənərək təkrar pərakəndə ticarətə qayıtması ilə nəticələnir”.

A.Sərdarovun sözlərinə görə, bu hal iri mal göndərən subyektlərin orta və kiçik, yeni yaranan sahibkarlıq subyektlərini bazardan sıxışdırmasına və bazarda təmərküzləşmə yaranmasına səbəb olur.

“Belə ki, iri mal göndərənlər külli miqdarda malları pərakəndə ticarət obyektlərinə təhvil verib satılmayan hissəsini geri götürürlər. Bu subyektlərin ticarət dövriyyəsi böyük olduğundan malların geri göterülməsi onların iqtisadi vəziyyətinə bir o qədər də təsir etmir. Kiçik və yeni yaranan sahibkarlıq subyektləri isə bu cür rəqabətə davam gətirə bilmirlər”.

A.Sərdarov təklif edir ki, vaxtı keçmiş malların məhv edilməsi üçün ixtisaslaşmış müəssisə yaradılmalıdır:

“Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydaları” nın 4.8-ci bəndinə aşağıdakı məzmunda 2-ci abzas əlavə edilməlidir:

“Saxlama və yararlılıq müddəti  ötmüş və istifadəyə yararsız hala düşmüş malların pərakəndə ticarət, ictimai iaşə və digər obyektlərdən mal göndərən sahibkarlıq subyektlərinə qaytarılması qadağandır”. Bu malların adi qaydada yerində məhv edilməsi mümkün deyilsə, onların məhv edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada bu sahadə fəaliyyət göstərən ixtisaslaşmış müəssisələrə təhvil verilməlidir”.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289