ƏRZAQ SƏBƏTİ

Bakı və Sumqayıtda bayram yarmarkaları təşkil olunacaq
19 DEKABR 2016
590

Bakı və Sumqayıtda bayram yarmarkaları təşkil olunacaq

2016-12-19 12:47:00

Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramıilə əlaqədar Bakı və Sumqayıt şəhərlərindıə yarnarkalar təşkil ediləcək. Fins.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, əhalinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan təlabatını daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin qarşısının alınması məqsədi ilə 24-31 dekabr  2016-cı il tarixlərində  fasiləsiz olaraq kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi nəzərdə tutulub.

Yarmarkalar aşağıdakı ünvanlarında təşkil olunur:      

Bakı şəhəri üzrə:

  1.     Xətai rayonu:

-Məzahir Rüstəmov  küçəsi, Bakı kinoteatrının yaxınlığı 

  1.     Nərimanov rayonu:                     

-Keşlə bazarının ərazisi;

  1.     Səbail rayonu:       

-Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, Məktəbin arxası

  1.     Suraxanı rayonu:

-Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi 4, 3 saylı Xüsusi Təyinatlı  Mənzil-kommunal Təsərrüfat Birliyinin yanı

  1.     Binəqədi rayonu    :

-Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlığı.

Sumqayıt şəhəri üzrə (2 yerdə):

 -12-ci mikrorayon

 -köhnə avtovağzalın yanı

Yarmarkaların mütəşəkkil keçirilməsi üçün Nazirliyin məsul əməkdaşlarından ibarət işçi qrupları yarmarkalara təhkim olunmuş və onlar da satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər. Satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7202
  • € EUR
    1.8529
  • ₽ RUB
    0.0298