ƏRZAQ SƏBƏTİ

Bayram yarmarkalarında xüsusi qaydalar tətbiq edilib
19 DEKABR 2016
531

Bayram yarmarkalarında xüsusi qaydalar tətbiq edilib

2016-12-19 10:32:00

Bakı şəhər İcra hakimiyyətinin Xidmət və Ticarət Departamenti yeni illə bağlı ilkin olaraq paytaxtda 10 bayram yarmarkası təşkil edir.

Bu barədə Departamentin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov məlumat verib.

Onun sözlərinə görə, yarmarkalar əsasən metro stansiyalarının qarşısında təşkil olunur:

"Artıq 8 yarmarka təşkil olunub. Yaxın günlərdə daha iki yarmarka da təşkil olunacaq".

Ə.Bağırov bildirib ki, yarmarkaların yaradılmasında məqsəd paytaxtda yeni illə bağlı küçə ticarətinin artmasının qarşısını almaq, küçələrdəki pərakəndə satışı yarmarkalara cəlb etmək və süni qiymət artımının qarşısını almaqdır:

"Yarmarkalarda hər kəs ticarətlə məşğul ola bilməz. İcra hakimiyyətinə aztəminatlı ailə kimi müraciət edənlər, dolanışıq səviyyəsi aşağı olanlar tərəfimizdən dəvət edilir və onlara müvəqqəti yarmarkalarda işləməyə icazə verilir. Yarmarkalarda ticarətlə məşğul olanlardan yer pulu alınmır. Bu da qiymət artımının qarşısının alınmasına kömək edir".

Qurum rəsmisi bildirib ki, ilkin mərhələdə 10 yerdə yarmarkanın yaradılması nəzərdə tutulsa da, ehtiyac olacağı təqdirdə bu say artırıla da bilər. Yarmarkalar yanvar ayının 10-dək fəaliyyət göstərəcək.

Mənbə: Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+21°C
  • $ USD
    1.7020
  • € EUR
    1.9062
  • ₽ RUB
    0.0300