ƏRZAQ SƏBƏTİ

Ərzaq və içki satışı artdı
13 DEKABR 2016
485

Ərzaq və içki satışı artdı

2016-12-13 12:55:00

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlakçılara 26,3 mlrd. manatlıq və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 1,7% çox məhsul satılıb.

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən xəbərə görə, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın dəyəri real ifadədə 2,6%, qeyri-ərzaq məhsulları üzrə isə 0,7% artıb.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 49,7%-i ərzaq məhsulları, içki və tütün məmulatları, 18%-i toxuculuq məhsulları, geyim və ayaqqabı, 6,6%-i elektrik malları və mebel, 5,7%-i avtomobil yanacağı, 1,5%-i əczaçılıq və tibbi mallar, 0,8%-i kompüter, telekommunikasiya avadanlıqları və çap məhsulları, 17,7%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+21°C
  • $ USD
    1.7020
  • € EUR
    1.9062
  • ₽ RUB
    0.0300