ƏRZAQ SƏBƏTİ

Özün becər, özün sat – YENİ QANUN
05 DEKABR 2016
913

Özün becər, özün sat – YENİ QANUN

2016-12-05 14:01:00

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında İnzibati Xətalar Məcəlləsinə yeni 459-1 (Kooperativ bazarlarda satış qaydalarının pozulması) maddəsinin əlavə edilməsi müzakirə olunub.

Yeni maddəyə əsasən “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanuna uyğun olaraq təşkil edilmiş kooperativ bazarlarda Azərbaycanda fəaliyyət göstərən kənd təsərrüfatı kooperativlərinin istehsal etdiyi kənd təsərrüfatı və emal məhsullarından başqa digər məhsulların satışı, habelə kənd təsərrüfatı məhsulu istehsalçısı olmayan digər şəxslərin satış həyata keçirməsi halında fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər isə 1000 manat cərimə olunacaqlar. 

Layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+20°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0160
  • ₽ RUB
    0.0296