ƏRZAQ SƏBƏTİ

Masallıda banan ağacı bar verib
30 NOYABR
212

Masallıda banan ağacı bar verib

2016-11-30 10:29:00

Masallının Xanalion kənd sakini Maqsud Şirəliyev həyətyanı sahəsində tropik iqlim şəraitinə xas olan banan yetişdirir.

Banan tingi 4 il bundan əvvəl əkilsə də, təsərrüfatçı bu vaxtadək ondan məhsul əldə edə bilməyib. Ağac bir neçə dəfə soyuqdan qurusa da, yay aylarında yenidən cücərib.

Bu il banan ağacı bar verib. Meyvənin yetişməsini gözləyən Maqsud Şirəliyev deyir ki, banan yerli iqlimə xas bitki olmadığından ona xüsusi şəraitdə daim aqrotexniki qulluq göstərilməlidir. Təsərrüfatçı yaxşı məhsul götürərsə, banan ağaclarının sayını artırmaq fikrindədir.

Mənbə: Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274