ƏRZAQ SƏBƏTİ

Azərbaycan əhalisi pulunu nəyə xərcləyir?
14 NOYABR
310

Azərbaycan əhalisi pulunu nəyə xərcləyir?

2016-11-14 11:36:00
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlakçılara 23,9 mlrd. manatlıq və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 2,1% çox məhsul satılıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın dəyəri real ifadədə 3 faiz, qeyri-ərzaq məhsulları üzrə isə 0,8% artıb.
Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 49,8%-i və ya 11,9 mlrd. manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 17,8%-i və ya 4,25 mlrd. manatı toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,6%-i və ya 1,58 mlrd. manatı elektrik malları və mebelin, 5,7%-i və ya 1,36 mlrd. manatı avtomobil yanacağının, 1,4%-i və ya 335 mln. manatı əczaçılıq və tibbi malların, 0,8%-i və ya 191 mln. manatı kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,9%-i  və ya 4, 28 mlrd. manatı isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275