ƏRZAQ SƏBƏTİ

“Neptun” supermarketi bağlandı
03 NOYABR
3138

“Neptun” supermarketi bağlandı

2016-11-03 08:19:00

2003-cü ildə  Azərbaycanda qida sektorunda fəaliyyətə başlamış “Neptun” supermarketlər şəbəkəsi, deyəsən, bazardakı rəqabətə tab gətirə bilmir.  

Şəbəkənin Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsindəki (Park Plyus Əyləncə Mərkəzinin 1-ci mərtəbəsi)  supermarketi bağlanıb. Qeyd edək ki, bu ünvan yaxınlığında tanınmış  “Bazarstore” və “Araz” supermarketləri, həmçinin kifayət qədər alıcıları olan “Gloriya” və “Nərmin” market fəaliyyət göstərir.

Son vaxtlar “Neptun”un Bakıxanov şöbəsi alıcı qıtlığı yaşayırdı.

Beləliklə, Bakıxanov filialının bağlanması ilə “Neptun” supermarketlərinin sayı 12-dən 11-ə düşüb.

“NEPTUN” GETDİ, “SPAR” GƏLİR

Bakıxanov qəsəbəsində bağlanmış “Neptun” supermarketin yerində “SPAR” market açılacaqdır. Artıq obyektdə “SPAR”ın konsepsiyasına uyğun təmir işlərinə başlanılıb. “SPAR” Hollandiyanın dünyada məşhur market şəbəkəsidir. Ölkəmizdə bu brendi “AzRetail” şirkəti təmsil edir. Bu şirkət həmçinin “Araz” supermarketlərinin də sahibidir.

“SPAR”ın ilk şöbəsi Bakıda 3-cü mirorayon dairəsi yaxınlığında açılmışdır. Yaxın günlərdə şöbənin 2 yeni şöbəsinin açılacağı gözlənilir. Şöbələrdən biri “İşəri şəhər” metro stansiyası yaxınlığında (Axundov bağı), digəri isə Bakıxanov qəsəbəsində istifadəyə veriləcəkdir.

Mənbə: Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272