ƏRZAQ SƏBƏTİ

Azərbaycan südünün Rusiyaya buraxılmasına – İCAZƏ VERİLDİ
27 OKTYABR
270

Azərbaycan südünün Rusiyaya buraxılmasına – İCAZƏ VERİLDİ

2016-10-27 16:22:00

Rusiyanın Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti ("Rosselxoznadzor") Azərbaycanın "Milk-Pro" şirkətinin 16,06 ton süd məhsullarının RF-yə gətirilməsinə icazə verib.

Finds.az bildirir ki, bu barədə Trend-ə "Rosselxoznadzor"dan məlumat verilib.

Eləcə də bax: Azərbaycandan Rusiyaya aparılan 16 ton süd məhsulu saxlanılıb

Federal Xidmətdən bildiriblər ki, "Milk-Pro" şirkəti həqiqətən də attestasiyadan keçib və Gömrük İttifaqının ərazisinə tədarük üçün (süd və süd məhsulları) icazəsi var:

"Lakin bundan əvvəl məhsulların markalanması və gömrük rəsmiləşdirilməsi ilə bağlı bir sıra pozuntular var idi. Bununla əlaqədar olaraq, Azərbaycanın Dövlət Baytarlıq Nəzarət Xidməti "Rosselxoznadzor"a zəmanət məktubu göndərib. Beləliklə, ötən gün müvafiq qərarın qəbulundan sonra "Milk-Pro"nun yükü Rusiya ərazisinə buraxılıb".

Eləcə də bax: Azərbaycanda süd emalı: durum və problemlər – MƏQALƏ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271