ƏRZAQ SƏBƏTİ

Təmiz balı necə seçək? – QİYMƏTLƏR+VİDEO
21 OKTYABR
13166

Təmiz balı necə seçək? – QİYMƏTLƏR+VİDEO

2016-10-21 12:03:00

Soyuqlar düşdümü, hamı bal axtarır. Amma saxta bal satanlar o qədər artıb ki, insanlar bal almağa ehtiyatla yanaşırlar. Paytaxtda “Amay” ticarət mərkəzində təşkil olunan növbəti bal sərgi-satış yarmarkasından isə paytaxt sakinlərinin çoxu xəbərsizdir. Amma burda təmiz bal tapmaq olar. Fins.az təmiz balı seçmək üçün Sizə xüsusi üsulları təqdim edir ki, bal alanda aldanmayasınız. Qeyd edək ki, yarmarka noyabrın 15-nə qədər davam edəcək.

Gətirililən balın bir hissəsi satışa buraxılmayıb

Bu il yarmarkaya ümumilikdə 93 ton bal gətirilib, ancaq onlardan bir qismi yararsız olduğu üçün satışdan çıxarılıb.Yarmarkada arı südündən tutmuş müxtəlif arıçılıq məhsulları da satılır. Qiymətlər isə belədir: 

Qaratikan balı – 25 manat

Qaraciyər və bronxit xəstəliklərində istifadə olunur. Adından da göründüyü kimi Qaratikan bitkisindən çəkilir.

Cökə balı – 25 manat

Soyuq dəymə, angina, qan azlığı və oynaqlarda ağrılar zamanı məsləhət görülür. Amma ağır bal olduğundan gün ərzində bir xörək qaşığı yeyilməsi yetərli hesab olunur.  1 kiloqramlıq cökə balının qiyməti 20-25 manatdır. 

May balı – 15 manat

May balı əsasən qarışıq çiçəklərdən çəkilir. Digər ballarla müqayisədə daha yüngül bal hesab olunur. Müalicə məqsədi ilə istifadə edilərkən əsasən mədə xəstəlikləri zamanı məsləhət görülür.

Meşə balı – 25 manat

Tərkibində  bütün bitkilərin şirəsi olur . İldə bir dəfə süzülür. Aprel ayının 15-dən avqustun 25-nə kimi arı balı toplayır daha sonra isə bu bal süzülür. Bütün xəstəliklərə xeyirlidir.

Yaxşı bal necə olur? - FƏRQLƏR 

Arıçılar deyirlər ki, xalis bal ilə keyfiyyətsiz balı bir sıra üsullarla fərqləndirmək olar. Lerik –Astara bölgəsindən bal gətirən arıçı Şahin Abidov əsl balı saxta baldan ayırmağın yollarını izah etdi.

1. Balı qaşıqla götürüb yuxarıdan aşağı süzürsən, əgər bal qırıla-qırıla töküldüsə onda bu, saxta baldır. Yox əgər, bal rezin kimi uzandısa deməli keyfiyyətlidir.

2. Stəkana süzülmüş çaya iki və ya üç qaşıq bal tökərək qarışdırmaq lazımdır, əgər balın rəngi dəyişdisə deməli əsl baldır.

3. Balı götürüb ələ çəkirsiz əgər bal dəriyə tam yayıldısa və heç bir düyün qalmadısa deməli, Sizi aldatmayıblar.

4.Daha bir üsul: yarım stəkan suya iki qaşıq bal qatırsız, əgər suyun rəngi dəyişdisə deməli axtardığınız balı tapmısınız.

5. Nəhayət, bir qaşıq balı dilinizin üstünə qoyursuz əgər bal əridisə deməli əsl baldır, yox əgər düyünləndisə - bal saxtadır. 

Arı südü- can dərmanı  

Yarmarkada balla yanaşı, bir çox başqa arıçılıq məhsulları da satılır. Bunların arasında arı südü, propolis və s məhsullar var.

Propolis – 15 manat

Propolis –ağız boşluğunda olan xəstəliklər üçün əvəz edilməzdir. Bundan başqa, dəri xəstəlikləri, ekzema, psoriaz və mədədə yaranmış xəstəliklər zamanı istifadə olunur. Propolis 50 qramlıq flakonlarda 15 manata satılır.

Çiçək tozu – 10 manat

Çiçək tozu may iyun aylarında yığılır. 100 qramı 10 manatdır. Arıçılar 100 qram çiçək tozunu 1 kiloqram balla  qarışdıraraq bir həftə qaranlıq və sərin yerdə saxlamağı məsləhət görürlər. Bundan sonra qəbul olunan məhlul sonsuzluq, qan azlığı kimi xəstəliklərdə məsləhət görülür. 

Balın qaymağı – 25 manat

Balın üzünə deyirlər. Müalicəvi məqsədlə istifadə edəndə mədə ağrıları və qastrit xəstəliyi üçün məsləhət görülür.

Arı qurusu cövhəri – 15 manat

Arı qurusu cövhəri ölmüş arıların qurudulması və daha sonra isə üyüdülməsi nəticəsində alınır. Arının bədənində  petin təbəqəsi olur. Bundan əlavə arıda yeparin və melanin adlı maddələr  olur ki, buda həmin cövhərin tərkibində qalır. Cövhər əsasən prastat  və vəz xəstəlikləri olanlar üçün daha xeyirlidir. Ümumiyyətlə arı qurusu cövhəri endokirin xəstəliklər üçündür. 50 qramlıq flakonun  qiyməti 15 manatdır. 

Mum güvəsi cövhəri – 15 manat

Mum güvəsi cövhəri - damarların təmizlənməsi və  trombların açılmasında yaxşı effekt verir. Qrip xəstəliklərdində istifadə olunur. 1 flakonu 50 qramdır  qiyməti isə 15 manatadır.

Propolis mumu- xam şəkildədi 1 qramı 20 qəpikdir bundan ekstraktlar yağlar hazırlanır spirtə, suya qatılıb istifadə olunur. Eyni zamanda noxud kimi yumru dənələr edilib axşam yatmazdan qabaq udub üstündən yarım stəkan su içmək lazımdır. Antiseptik xüsusiyyyət daşıyır mədə üçün çox xeyirlidir. 

Arı südü – 40 manat

Arı südü - soyuducuda saxlanılır. Arı südü ümumiyyətlə stimulator rolunu oynayır. Orqanizmi möhkəmləndirir. İmmun sistemi gücləndirmək üçün əvəz olunmaz vasitədir. Buna həyat eleksiri də deyirlər.  Ana arının istehsal etdiyi arı südünü arıçılar xüsusi alətlə şanıdan  sovurub çəkirlər. Tibbi iynələrə doldurularaq soyuducularda saxlanılır. Hər gün səhər-səhər yemək yeməmişdən öncə yarım qram qəbul etmək lazımdır. 1 qramı 4 manatadır. Bir kursda minumum 6, maksimum 10 qram qəbul olunur. Profilaktika üçün ildə iki dəfə yaz və payız qəbul etmək məsləhət görülür. 

Kosmonavt qidası – 15 manat

Kosmonavt qidasının tərkibində çiçək tozu, bal, arı südü - insan üçün lazım olan karbohidratlar, zülallar, vitaminlər, amin turşuları, mikro elementlər, yağlar və s olur. Bir çay qaşığı qəbul etmək insanın gündəlik qida rasionunu əvəz edir. Heç bir şey yemədən gün ərzində 1 çay qaşığı yeməklə bütün günü gümrah və tox qala bilərsiz. Bunu kosmosa gedəndə kosmonavtlar özləri ilə aparırlar. Tübiklərdə saxlanılır və orqanizmdə tam həzm olunaraq tullantı vermir.

Məhsuldarlıq az olub

Qeyd edək ki, arıçılar bu il məhsuldarlığın az olduğunu bildirdilər. Bunu havaların yayda qeyri-stabil keçməsi ilə əlaqələndirilir. Arıçılar hər il 100 arı ailəsindən 500 kiloqramdan çox bal aldıqları halda bu il iki dəfə az bal əldə ediblər. Arıçılar arasında bazara minumum 50, maksimum 500 kiloqrama yaxın bal çıxaranlar var. 

Təşkilatçılıqdan narazıyıq - Şikayət

Artıq neçə ildir ki, bal yarmarkasının keçirilməsinə baxmayaraq yəni təcrübə olmasına baxmayaraq arıçılar təşkilatçılıqdan narazıdırlar.  Onlar bir ay üçün yer haqqı olaraq 150 manat ödədiklərini bildirdilər. Bundan savayı arıçılar məhsullarını satmaq üçün yarmarkaya banka gətirə bilməzlər bunun üçün ticarət mərkəzində satılan bankalardan almalıdırlar(?).  Bankaların qiyməti isə 0.40 – 1 manat arasında dəyişir.

Digər bir xoşa gəlməyən məsələ isə yarmarkanın ticarət mərkəzinin ikinci mərtəbəsində olmasına baxmayaraq ikinci mərtəbəyə qalxan eskalatorun işləməməsidir. Satıcılar da alıcılar da buna görə  narazılıqlarını bildirdilər. Əsasən də yaşlı insanlar yaranmış vəziyyətdən narazı idilər. Hətta bir yaşlının ticarət mərkəzinə bal almaq məqsədilə gəldiyi, lakin eskalatorun işləmədiyinə görə çıxıb getdiyi məlum oldu. Digər bir tərəfdən isə yarmarkanın təşkil olunduğu yerdən isə həm satıcılar, həm də alıcılar narazıdırlar.  Xüsusən də alıcılar yarmarka keçirilən “Amay” ticarət mərkəzini tapmaqda çətinlik çəkdiklərini hətta səhvən başqa yerlərə gedib çıxdıqlarını bildirdilər.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272