ƏRZAQ SƏBƏTİ

Xaricdə “Made in Azerbaijan” brendi ilə meyvə, şərab və şirələrı təbliğ olunacaq
19 OKTYABR
173

Xaricdə “Made in Azerbaijan” brendi ilə meyvə, şərab və şirələrı təbliğ olunacaq

2016-10-19 17:50:00

Xarici ölkələrin ictimai yerlərində və KİV-lərində “Made in Azerbaijan” brendi ilə Azərbaycan meyvələrinin, şərab və şirələrinin, eləcə də xalçalarının təbliğı planlaşdırılır.

Bu barədə jurnalistlərə açıqlamasında İqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Nazir qeyd edib ki, İstanbul, Moskva, Frankfurt, Dubay və digər iri hava limanlarındakı “Duty Free” mağazalarında, Rusiyanın və Fransanın tanınmış mağazalar şəbəkələrində, SOCAR-ın bir sıra ölkələrdəki yanacaqdoldurma məntəqələrindəki mağazalarında, xaricdə fəaliyyət göstərən Azərbaycan evlərində və mərkəzlərində “Made in Azerbaijan” rəflərinin yaradılması nəzərdə tutulur. Bundan başqa, Azərbaycanın bir sıra kənd təsərrüfatı və sənaye məhsullarının Avropa İttifaqı, Orta Asiya və Ərəb ölkələrinə ixracı üçün bazar araşdırmaları aparılacaq.

“İlkin ixrac missiyaları Avropa İttifaqı ölkələrini, MDB, Körfəz və Ərəb ölkələrini, Çini, Yaponiyanı, Malayziyanı əhatə edəcək”

Beynəlxalq sərgi və yarmarkalarda “Made in Azerbaijan” brendinin təbliği ilə bağlı ixrac missiyalarının ilkin olaraq, Avropa İttifaqı ölkələri, MDB, Körfəz və Ərəb ölkələri, eləcə də Çin, Yaponiya, Malayziya və s. ölkələrə təşkili nəzərdə tutulur. Bu barədə “Qeyri-neft ixracı: Bu günün çağırışları və yeni imkanlar” mövzusunda Konfransda İqtisadiyyat naziri Şahin Mustafayev bildirib. Nazir deyib ki, bu ilin noyabr ayında Çinə (Honq Konq və Quançjou) ilk ixrac missiyası təşkil olunacaq və bu missiyanın təşkili Azərbaycan şərabını bu ölkədə təbliğ edəcək. 2016-cı ilin noyabrında Çində keçiriləcək Beynəlxalq Şərab Sərgisində, gələn il isə Almaniyada təşkil olunacaq “Yaşıl həftə”də, Dubay Ərzaq, Düsseldorf Şərab, Moskva Kənd Təsərrüfatı sərgilərində Azərbaycan stendinin təşkili nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275