ƏRZAQ SƏBƏTİ

İstehlak məhsulları bahalaşıb, gəlirlər isə azalıb – STATİSTİKA
18 OKTYABR
327

İstehlak məhsulları bahalaşıb, gəlirlər isə azalıb – STATİSTİKA

2016-10-18 16:40:00

2016-cı ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin müvafiq dövrünə nisbətən 11,2 faiz artıb. Dövlət Statistika Komitəsindən fins.az-a verilən xəbərə görə, ərzaq məhsullarının qiymətləri 12,7 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 15,9 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 5,2 faiz artıb.

Əhalinin gəlirləri isə nominal ifadədə 8,7 faiz artıb. 2016-cı ilin yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 32 762,5 milyon manata çatıb. Gəlirlərin 78,6 faizi son istehlak xərclərinə, 9,2 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,6 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 9,6 faizi isə yığıma yönəldilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270