ƏRZAQ SƏBƏTİ

“Quş əti istehsalçıları böyük zərər içindədir”– A.GÖZƏL
07 OKTYABR 2016
869

“Quş əti istehsalçıları böyük zərər içindədir”– A.GÖZƏL

2016-10-07 16:19:00

Azərbaycanda yerli istehsalçılar, o cümlədən quş əti istehsalçıları böyük zərər içindədirlər. Səbəb xaricdən ucuz gətirilən məhsullardır. Fins.az-ın məlumatına görə bunu keçirdiyi mətbuat konfransında "Azersun Holding"in İdarə Heyətinin sədri Abdolbari Gözəl bildirib. Onun sözlərinə görə, hökumət bir sıra məhsullara, o cümlədən toyuq ətinin idxalına gömrük rüsumunu artırması quşçuluq müəssisələrinə kömək edəcək:”Düzdür rüsumu artırılan məhsullar sahəsində biz təmsil olunmuruq. Hökumət düzgün qərar verib. Biz yerli istehsalçıları qorumalıyıq”.  A.Gözəl əlavə edib ki, xarici məhsulların ucuz satılaraq yerli istehsalçıların sıxışdırılmasına imkan verilməməlidir: “Biz bir gəmidəyik. Yerli şirkətlər müflis olsa hamımıza pis olacaq".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+24°C
  • $ USD
    1.7022
  • € EUR
    1.9015
  • ₽ RUB
    0.0283