ƏRZAQ SƏBƏTİ

Ətin qiyməti qalxdı
05 OKTYABR
1956

Ətin qiyməti qalxdı

2016-10-05 14:14:00

Son günlər istehlak bazarında ətin qiymətinin bahalaşması ilə bağlı xəbərlər yayılır.

Alıcılar onlara təklif edilən sümüklü və ya sümüksüz ətin qiymətində 1 manata yaxın bahalaşma olduğunu bildirirlər. Belə ki hazırda sümüklü mal əti 9 manat, sümüksüz isə 11 manata satılır.

Məsələ ilə əlaqədar İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyevlə əlaqə saxlanılıb. O bildirib ki, istehlak bazarında alıcılara müxtəlif çeşidlərdə ət və ət məhsulları təklif olunur: “Çeşidlərin müxtəlifliyi isə alıcıların təlabatının ödənilməsinə xidmət edir. Bununla belə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən son günlər aparılan monitorinqlər zamanı ətin qiymətində dəyişiklik qeydə alınmayıb”.

Mənbə: Qafqazinfo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275