ƏRZAQ SƏBƏTİ

Əhali 9,3 mlrd. manatlıq ərzaq məhsulları alıb
15 SENTYABR
313

Əhali 9,3 mlrd. manatlıq ərzaq məhsulları alıb

2016-09-15 15:21:00
2016-cı ilin yanvar-avqust aylarında istehlakçılara 18 mlrd. 463,7 mln. manatlıq və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 2,2% çox məhsul satılıb.
 
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın dəyəri real ifadədə 3,2%, qeyri-ərzaq məhsulları üzrə isə 0,8% artıb.
 
Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 49,7%-i və 9 mlrd. 287 mln. 241,1 min manat ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 17,5%-i və ya 3 mlrd. 231,1 mln. manat toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,6%-i və ya 1 mlrd. 218,6 mln. manat elektrik malları və mebelin, 5,7%-i və ya 1 mlrd. 52,4 mln. manat avtomobil yanacağının, 1,5%-i və ya 276,95 mln. manat əczaçılıq və tibbi malların, 0,8%-i və ya 147,7 mln. manat kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,2%-i və ya 3 mlrd. 360,4 mln. manat isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
 
Mənbə: APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272