ƏRZAQ SƏBƏTİ

Fermerlərdən alınan buğdanın qiyməti bahalaşdı
14 SENTYABR
581

Fermerlərdən alınan buğdanın qiyməti bahalaşdı

2016-09-14 11:53:00
Dövlət Taxıl Fondu üçün yüksək keyfiyyətli buğdanın tədarükünün vaxtı 1 noyabr 2016-cı il tarixinədək uzadılıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən fins.az-a verilən xəbərə  görə, yerli buğda istehsalçılarından tədarük olunan keyfiyyətli buğdanın qiyməti də bahalaşıb. Bir ton buğda  280 manata alınacaq.
 
Xatırladaq ki, FHN Dövlət  Material Ehtiyatları Agentliyi bu il iyunun 21-dən etibarən Taxıl Fondu üçün buğda qəbuluna başlayıb. İlk mərhələdə bir ton üçün 270 manat qiymət qoyulub.

Əlavə məlumat almaq üçün Fövqəladə Hallar Nazirliyinin www.fhn.gov.az saytına, 012-512-50-25 və 070-271-71-33 telefon nömrələrinə, habelə “112” qaynar xəttinə müraciət etmək olar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275