ƏRZAQ SƏBƏTİ

Rusiya bazarına birbaşa ixrac imkanı yarandı - AZPROMO-dan AÇIQLAMA
09 SENTYABR
625

Rusiya bazarına birbaşa ixrac imkanı yarandı - AZPROMO-dan AÇIQLAMA

2016-09-09 14:48:00

Azərbaycanın meyvə-tərəvəz məhsulları "X5 Retail Group" şirkəti ilə əməkdaşlıq çərçivəsində Rusiya bazarına birbaşa ixrac olunacaq.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) bildiriblər ki, qurumun dəvəti ilə Bakıya gələn Rusiyanın böyük marketlər şəbəkəsinə malik olan "X5 Retail Group" şirkətinin rəhbər heyəti 10-dan çox yerli şirkət təmsilçiləri və sahibkarlarla görüşüb.

Görüşdə "Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası"na üzv olan şirkətlərlə qarşılıqlı faydalı fəaliyyət istiqamətləri müzakirə olunub, meyvə-tərəvəz məhsullarının "X5 Retail Group"la əməkdaşlıq çərçivəsində Rusiya bazarına birbaşa ixrac olunması qərara alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270