ƏRZAQ SƏBƏTİ

“İsmayıllı Tərəvəzləri" layihəsinə 2,5 milyon sərmayə qoyulub
31 AVQUST
536

“İsmayıllı Tərəvəzləri" layihəsinə 2,5 milyon sərmayə qoyulub

2016-08-31 16:17:00

Azərbaycanın “Buta Group” şirkəti 2016-2018-ci illərdə müəllifi olduğu aqrar layihələrə 12,5 milyon manat yatıracaq. Fins.az-ın məlumatına əsasən, şirkət rəhbəri Bəşir Quliyev söyləyib ki, söhbət İsmayıllı rayonunda 200 hektarlıq ərazidə holland metodikası ilə tərəvəz becərilməsindən gedir.

“İsmayıllı Tərəvəzləri" layihəsinə 2016-cı ildə 2,5 milyon manat sərmayə qoyulub. 2017-ci ildə bizim 5 milyon manat investisiya yatırmaq planımız var, xüsusilə 4 min tonluq tərəvəz deposunun yaradılması layihəsi əsas prioritet planlarımızdan biridir. 2018-ci ildə – deponun həcminin ikiqat çoxaldılması və logistikanın inkişafı üçün daha 5 milyon manat sərmayə yatırılacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272