ƏRZAQ SƏBƏTİ

“Şəmkir Səbəti” ticarət mərkəzinin açılışı baş tutdu
31 AVQUST
876

“Şəmkir Səbəti” ticarət mərkəzinin açılışı baş tutdu

2016-08-31 09:53:00

27 avqust 2016-cı il tarixində Gəncə-Qazax magistral yolunun kənarında yerləşən “Şəmkir Səbəti” ticarət mərkəzinin açılışı olub. Açılış münasibəti ilə kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilmişdir.

5 ha ərazidə yerləşən ticarət mərkəzinin daxilində 147 ədəd ərzaq satış köşkü, ət kəsim köşkü, 26 yerlik Hotel, Ailəvi istrahət mərkəzi, 5 ədəd soyuducu anbar, ərzaq mağazası-“Supermarket” və avtomobil dayanacağı əhaliyə xidmət göstərir.

Qeyd edək ki, bu böyük mərkəzin xidmətindən Gəncənin və ətraf rayonların sakinləri də istifadə etməyə başlayıblar. Şəmkirdə kənd təsərrüfatı ilə məşğul olan insanların öz məhsullarını bazara çıxarmaq üçün gözəl imkan yaranıb. Təkcə mərkəzin açılışı münasibətilə təşkil olunan yarmarkada 400 tondan çox məhsulun satışa çıxarılması onu göstərir ki, fermerlər belə bir imkanı çoxdan gözləyirlərmiş. Qiymətlər də başqa yerlərdən xeyli seçilirdi. Pomidor, xiyar, meyvə-tərəvəz çox aşağı qiymətə satılırdı. Unun kisəsi mağazalarda 25-26 manata satıldığı halda, "Şəmkir səbəti" ində 21-22 manat idi.

Açılışda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, RİH aparatının məsul işçiləri, hüquq -mühafizə orqanlarının, idarə, təşkilat, xidmət sahələrinin rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, şəhər, qəsəbə və kənd sakinləri iştirak etmişlər.

Alimpaşa Məmmədov qeyd etmişdir ki, bu mərkəzin süni qiymət artımının qarşısının alınmasında xüsusi rolu olacaqdır. Rayon sakinlərinin öz həyatyanı sahələrində yetişdirdikləri məhsulun bazara çıxarılması üçün burada olduqca münasib şərait yaradılıb. İcra hakimiyyətinin başçısı demişdir ki, ölkə Prezidenti cənab İlham Əliyevin əhalinin bol və ucuz məhsullarla təmin olunması ilə bağlı qarşıya qoyduğu mühüm vəzifələr bundan sonra da uğurla davam etdiriləcəkdir.

Mənbə: Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272