ƏRZAQ SƏBƏTİ

İstehlak qiymətləri indeksi "mənfi"yə düşüb
08 AVQUST
230

İstehlak qiymətləri indeksi "mənfi"yə düşüb

2016-08-08 11:42:00

2016-cı ilin may ayı üzrə göstəricilərə əsasən, Azərbaycanda ümum daxili məhsul (ÜDM) 21512,8 mly manat təşkil edib. Halbuki, bu ilin fevral ayında devalvasiyadan sonra aylıq nəticə 7888,7 mly manat təşkil edirdi. May ayında  qeyri-neft sktoru üzrə ÜDM-nin həcmində nəzərə çarpacaq artım qeydə alınıb -  12502,6 mly manat. Halbu ki, cari ilin yanvar ayında bu göstərici 2445,4 mly AZN təşkil edirdi. Əsas kapitala yönəlmiş investisiyalar 5388,8 mly AZN-ə yüksəlib. İlin əvvəlində isə bu rəqəm 880,7 mly AZN olub. Artım tempi 66,9% təşkil edir. Əhalinin nominal gəlirləri cəmi 17511,6 mly AZN-ə çatıb. Artım tempinin müqayisəsi göstərir ki, cari ilin yanvar ayında bu göstərici 112,1% olduğu halda, mayda 108,3%-ə düşüb. Ölkədə nominal orta aylıq əmək haqqı isə 487,5 AZN-dir. İstehlak qiymətləri indeksinə gəlincə, ilin əvvəlində əvvəlki aya nisbətən 5,8% olmuşdusa, may ayında bu göstərici mənfi tendensiya göstərərək, -0,1%-ə düşüb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271