ƏRZAQ SƏBƏTİ

Ətin qiyməti bahalaşdı
02 AVQUST
1554

Ətin qiyməti bahalaşdı

2016-08-02 14:41:00

Avqustun 1-dən mal əti 0, 50 manat və ya 6,6% bahalaşaraq 1 kq-ı 8 manata çatıb.

Bu, son iki ayda ikinci bahalaşmadır. İyunda ət 0,50 manat 7 manatdan 7,50 manata və ya 7,1% bahalanmışdı.

Ət, ötən illər də iyun-iyulda 7 manatdan 7,50 manata bahalaşıb.

2014-cü ilin avqust-sentyabrında Bakı və rayonlarda mal əti 8 manatdan 8,5 manata bahalaşıb, sonra 7 və 7,5 manata düşüb.

2015-ci ilin yanvarında isə ətin qiyməti 7 manata düşüb.

Mal əti 2012-ci ilin sonu – 2013-cü ildə 9 manata bahalanmışdı.

Ekspertlərin fikrincə, indiki bahalaşma toy mövsümü ilə bağlıdır.

Ona görə avqust-sentyabrda qiymətlər 8,50 - 9 manata qədər arta bilər.

Hazırda heyvandarlıqda vəziyyət ürəkaçan deyil. Manatın devalvasiyası ilə bağlı yem və digər xərclər bahalanır. Digər tərəfdən istehlakçıların ödəniş qabiliyyəti azalır.

Neft bumu dövründə  – 2008-2014-cü illərdə ölkədə 1 nəfərə 31 kq ət düşüb. Bu göstəricidə mal ətinin payı 30%-ə yaxın olub. İndi bu göstərici azalır. Ticarətçilər mal ətinin aşağı likvidliyindən şikayətlənir. 

Mənbə: Turan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272