ƏRZAQ SƏBƏTİ

Azərbaycanlılar nə qədər düyü istehlak edirlər?
18 İYUL
251

Azərbaycanlılar nə qədər düyü istehlak edirlər?

2016-07-18 09:46:00

"Çox böyük valyuta ehtiyatının xaricə getməsi hesabına ildə Azərbaycana 22 min tondan artıq düyü gətirildiyini deyib: “Bizim potensialımız olan yerdə bu prosesin qarşısı alınmalıdır və düyünü özümüz istehsal etməliyik. Bizim məhsulun keyfiyyəti yüksək olduğundan xalq arasında da çox məşhurdur. Amma hələlik kəmiyyət baxımından bu məqbul hesab edilmir".

Fins.az-ın "Report-a istinadən məlumatına görə, bunu Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru Rəsul Balayev Lənkəranda keçirilmiş elmi-praktik konfransda bildirib.

Konfransda qeyd olunub ki, kənd təsərrüfatını inkişaf etdirmək və bazarda rəqabətə davamlı kəmiyyət və keyfiyyətdə məhsul istehsal etmək üçün dünyada tətbiq olunan qabaqcıl yeniliklərdən yararlanmaq şərtdir. Tədbirdə əhalinin kartof, tərəvəz və bostan məhsulları ilə təminatının müasir vəziyyəti və inkişaf perspektivləri, yeni çəltik sortlarının yerli şəraitdə sınaqdan keçirilməsi və qiymətləndirilməsi, rayonlaşmış və perspektivli tərəvəz sortlarının ilkin toxumçuluğunun təşkili mövzusunda ətraflı məlumat verilib.

Xatırladaq ki, bir müddət bundan öncə Çin istehsalı olan plastik düyülərin Azərbaycan bazarına yol açdığı deyilirdi. Həmin sənədlə adıçəkilən ölkədən gətirilən malların təhlükəsizliyi və keyfiyyəti təsdiq olunmayıb.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi isə belə bir açıqlama vermişdi:  "Bu sahədə istehlakçılar ayıq-sayıq olmalıdır. Dükan sahibləri istənilən məhsulu alarkən öncə onun sertifikatını tələb etməlidir. Həmin məhsulun sertifikatı varsa, rahat şəkildə onu satışa çıxara bilər".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272