ƏRZAQ SƏBƏTİ

Miniatür yemək dəbi başlayıb - YENİLİK
14 İYUL
402

Miniatür yemək dəbi başlayıb - YENİLİK

2016-07-14 11:07:00

Kiçik hissələrlə qablaşdırılmış yeməklər 2016-ci ilin ən çox istehlak olunan məhsullarından birinə çevrilib. Fins.az Rusiya mediasina insinadən xəbər verir ki, bunun əsasə səbəbi həmin yeməklərin ölçüsünə nəzarət etmək imkanının olmasıdır. Nəticədə cəmi 50 qrama qədər çəkisi olan yeməklər qablaşdırılmış qidaların qlobal bazarında ən böyük paya malikdir. Bu cür məhsullar 2015-ci ildə 2 trilyon ədəd həcmində istehsal edilib.

“Euromonitor”un proqnozlarına əsasən, 50 qramlıq hissələrlə qablaşdırılmış qidanın satış həcmi hər il 4% artacaq. “Euromonitor”un şöbə müdiri Rozmari Dauni hesab edir ki, belə bir məhsula Asiya, Latın Amerikası, Yaxın Şərq və Afrika kənd yerlərində daha çox tələbat var. Adıçəkilən ilk 3 regionda 50 qramlıq məhsulların satışını 65% təmin edirlər. Kiçik qablaşdırmaya daha çox şirniyyat istehsalçıları üstüblük verirlər. Onlar hesab edirlər ki miniatür desertlər sağlam həyat tərzinə uyğun gəlir. Xüsusilə, "bir loxma şirinlik" ideyası Avropa Birliyindəki şokolad, peçenye və şirniyyat istehsalçılarının iyun ayında keçirilən iclasında da dəstəklənib. Avropa İstehlakçılar Təşkilatın nümayəndəsi Polin Castres bu qərarı alqışıasa da, bildirib ki, məhsulların kiçik ölçüdə qablaşdırmaq iri qablaşdırmadan 2 dəfə baha başa gəlir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270