ƏRZAQ SƏBƏTİ

Bir salxım üzüm 11 min dollara satılıb
09 İYUL
496

Bir salxım üzüm 11 min dollara satılıb

2016-07-09 10:09:00

Yaponiyada keçirilən hərracda bir salxım üzüm 11 dollara satılıb. Fins.az-ın xarici mətbuata istinadən məlumatına görə, «Roma yaqutu» (Ruby Roman) adlanan üzüm növünün satışı zamanı rekord qiymət qeydə alınıb - 1,1 milyon ien və ya 11 min dollar. Kanadzava şəhərində keçirilən hərracda satışa çıxarılan üzüm salxımının çəkisi cəmi 0,9 kiloqram olub. Salxımda 30 üzüm giləsi olub, başqa sözlə, hər üzüm giləsi alıcıya 350 dollara başa gəlib.

Qeyd edək ki, «Ruby Roman» üzüm növü dünyada ən bahalı üzüm sayılır. Bu növ yapon mütəxəssisləri tərəfindfən kəşf edilib, üzümün becərilməsi layihəsinə isə hökumət özü nəzarət edir. Qırmızı yaqut rəngdə olan gilələr çox böyükdür – onların biametri 3 santimetrə çatı r və tərkibində yüksək dərəcədə qəndin olması ilə seçilir.

Ümumiyyətlə, Yaponiyada nübar meyvələrinin mövsümü satışı böyük sayda alıcıları cəlb edir. Bunların əksəriyyəti öz obyektlərini eksklüziv mallarla reklam etmək istəyən mağaza və restoran sahibləridir. Ötən illə müqayisədə bu dəfəki üzüm salxımı daha baha qiymətə satılıb. Ötən il eyni salxıma 8,4 min dollara alıcı tapmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270