ƏRZAQ SƏBƏTİ

Avokadoda xəstəlik aşkarlandı
01 İYUL
198

Avokadoda xəstəlik aşkarlandı

2016-07-01 13:45:00

Dövlət Fitosanitar Nəzarəti Xidməti 1150 kiloqram Keniya mənşəli avokado meyvəsinin göbələk mənşəli xəstəliyə yoluxduğunu və mikotoksinlərin yüksək dərəcədə olduğunu müəyyən edib. Bu barədə fins.az-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Bildirilib ki, meyvələr Niderland Krallığından Azərbaycana idxal olunub.

Qeyd edək ki,  meyvələr qidaya yararsız olduğundan dövriyyədən çıxarılıb. Bunun üçün "Təmiz Şəhər" ASC-yə məxsus Bakı Bərk Məişət Tullantıları zavodunda karantin tədbirləri sisteminə riayət etmək şərtilə termik üsulla məhv edilməsi qərara alınıb.

Xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti Azərbaycan Respublikasına daxil olan kənd təsərrüfatı məhsulları üzərində təhlükəsizliyə və keyfiyyətə nəzarəti gücləndirilmiş şəkildə davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274