ƏRZAQ SƏBƏTİ

Bakıda yeni SPAR supermarketləri açılacaq
01 İYUL
376

Bakıda yeni SPAR supermarketləri açılacaq

2016-07-01 11:39:00

Bakıda dünyaca məşhur supermarketlər şəbəkəsi olan SPAR-ın sayı artacaq.

SPAR-ın Azərbaycanda rəsmi tərəfdaşı “AzRetail” MMC-dir. MMC-nin direktoru Vüsal Şərifov bildirdi ki, ilkin olaraq 3 nöqtədə SPAR supermarketi istifadəyə veriləcək.

“İkinci filial Axundov bağı yaxınlığında açılacaqdır. İnşallah, Avqust ayının sonuna bu filialı istifadəyə verməyi nəzərdə tuturuq. Növbəti filialar isə Bakıxanov qəsəbəsində və Gənclik metro stansiyası yaxınlığında açılacaqdır”, - o deyib.

Vüsal Şərifov əlavə edib ki, SPAR-da “freş” zonası daha güclüdür:

“SPAR-da geniş təzə meyvə və tərəvəz bölməsi, təndir olur. Həmçinin SPAR-da bu markaya məxsus olan məhsullar satılır. Bu məhsullar tərəfimizdən idxal olunur və yalnız SPAR-da satılır. SPAR-ın xidməti də  tamamilə fərqlidir, bu supermarket ailə mühiti yaradır. Məqsəd müştəriyə daha çox mal satmaq deyil, onun qəlbinə yol tapmaqdır”.

Qeyd edək ki, Bakıda ilk SPAR supermarket ötən il Dekabrın 4-də 3-cü mkr, Cavadxan küçəsi, 3005-ci məhəllədə istifadəyə verilib. Açılış zamanı “SPAR İnternational" şirkətinin nümayəndəsi bildirmişdi ki, 3 il ərzində Azərbaycanda 25-30  SPAR-ın açılması planlaşdırılır.

SPAR 1932-ci ildə Hollandiyada Adrian Van Vell tərəfindən təsis edilib. İlk dəfə “DESPAR” adi ilə fəaliyyətə başlayıb və 1940-cı ildə bu ad qısaldılaraq SPAR olub.

“SPAR” sözü holland dilində şam ağacı deməkdir və bu ağac brendin rəmzi sayılır.

Hazırda SPAR 4 qitə, 40 ölkədə 12300-dən artıq mağazada 200 min əməkdaşla 13 mln. müştəriyə xidmət göstərir. SPAR-ın 2014-cü ilə olan illik dövriyyəsi 31,9 mlrd. avro təşkil edib.

Mənbə: Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272