ƏRZAQ SƏBƏTİ

“Aznar”da satış ən aşağı həddə düşüb
01 İYUL
209

“Aznar”da satış ən aşağı həddə düşüb

2016-07-01 10:40:00

“Grante” nar şirələrinin istehsalçısı Teymur Əhmədov adına “Aznar” QSC son 3 ilin ən pis satış göstəricisinə nail olub.

Fins.az “Marja”-ya istinadən xəbər verir ki, ötən il şirkətin satışdan gəlirləri 1,22 milyon manat təşkil edib. 2014-cü ildə “Aznar”ın satışları 1,70 milyon manat, 2013-cü ildə isə 1,58 milyon manat olmuşdu.

Ötən il 1,22 milyon manat satış gəlirinə qarşı QSC-nin satış xərcləri 935,8 min manat təşkil edib. Digər inzibati, kommersiya xərcləri və mənfəət vergisi çıxıldıqdan sonra 5644 manat xalis mənfəət qalıb.  

2013-cü ildə 1,44 milyon manat zərər etmiş QSC, 2014-cü ildə təxminən 26 min manat xalis mənfəət əldə etmişdi.

Ötən il “Aznar” QSC-nin kredit borcu 24,62 milyon manat artaraq  43,1 milyon manata qalxıb.

Ötən il “Aznar” QSC-nin cəmi aktivləri artaraq 35,97 milyon manatdan 40,27 milyon manata yüksəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275