ƏRZAQ SƏBƏTİ

Bəzi ərzaq məhsulları bahalaşıb - CƏDVƏL
25 İYUN
688

Bəzi ərzaq məhsulları bahalaşıb - CƏDVƏL

2016-06-25 16:00:00

Kənd Təsərrüfatı Nazirliyi ötən ay bahalaşan və ucuzlaşan kənd təsərrüfatı məhsullarının siyahısını açıqlayıb.

Nazirlikdən verilən məlumata görə, bu ilin may ayında almanın “Simerenko” və “Palmet” sortu, armud “Düşes”, kivi (yerli) və şabalıdın (yerli) topdansatış qiyməti əvvəlki aya nisbətən artıb.

Məlumata görə, almanın “Simerenko” və “Palmet” sortunun qiyməti 20% (0,20 manat), armud “Düşes”in qiyməti 50% (1 manat), kivinin qiyməti (yerli) 15% (0,30 azn), şabalıdın qiyməti (yerli) 28,6% (2 manat) artıb.

Bundan başqa, digər məhsulların (kələm, xiyar, soğan, sarımsaq, bibər, kartof, portağal, heyva, fındıq və qoz) isə topdansatış qiyməti əvvəlki aya nisbətən aşağı olub və ya sabit qalıb.

May ayında kənd təsərrüfatı məhsullarının topdansatış qiymətinin əvvəlki aya nisbətən dəyişməsi (manatla)

Keçən ilin may ayı ilə müqayisədə bu ilin may ayında xiyar (Bakı), bibər (Türkiyə), balqabaq (Masallı), almanın “Palmet”, “Simerenko” və “Qala” sortu və armudun “Düşes” topdansatış qiyməti keçən ilin müvafiq dövrünə nisbətən artıb, digər kənd təsərrüfatı məhsullarının topdansatış qiyməti isə aşağı olub və ya sabit qalıb.

Kənd təsərrüfatı məhsullarının 2016-cı ilin may ayındakı topdansatış qiymətinin ötən ilin may ayına nisbətən dəyişməsi (manatla)

Mənbə: Marja.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271