ƏRZAQ SƏBƏTİ

Azərbaycandan Rusiyaya keçirilən əl yüklərinə QADAĞA
24 İYUN
327

Azərbaycandan Rusiyaya keçirilən əl yüklərinə QADAĞA

2016-06-24 15:26:00

İyun ayının ilk ongünlüyündə Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracı zamanı yaranan problemlər ikitərəfli müzakirələrdən sonra tam aradan qaldırılıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən fi ns.az-a verilən məlumata görə, son 3 gündə  pomidor, badımcan, qarpız, gilas, kök, ərik yüklü 52 vaqon və 161 yük avtomobili maneəsiz olaraq Azərbaycandan Rusiyaya yola salınıb.

Komitədən bildirilib ki, Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracında heç bir problem müşahidə olunmur:

"Sadəcə əl yükləri ilə aparılan cüzi miqdarda kənd təsərrüfatı məhsullarının ixracına Rusiyanın müvafiq orqanları tərəfindən qadağa qoyulub. Buna səbəb həmin məhsullara verilən müvafiq sənədlərin qarşı tərəfə təqdim olunmamasıdır. Əlbəttə ki, bu təhlil aparılarkən miqdarı az olmasına baxmayaraq, ixracına qadağa qoyulan məhsulların yetişdirilməsinə, yığılmasına və ixracına çəkilən əziyyət və xərclər də başa düşüləndir. Ancaq beynəlxalq təcrübə və iki ölkə arasında sadəcə kənd təsərrüfatı məhsulları sahəsində həyata keçirilən idxal-ixrac əməliyyatlarının həcmi nəzərə alındıqda belə hallar istisna hesab olunur və təbii qarşılana bilər".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275