ƏRZAQ SƏBƏTİ

«Möhtəşəm 100 gün» lotereyası gəlir – 1 MƏNZİL, 3 MAŞIN UDUŞU
23 İYUN
1015

«Möhtəşəm 100 gün» lotereyası gəlir – 1 MƏNZİL, 3 MAŞIN UDUŞU

2016-06-23 15:56:00

«Araz» və SPAR marketlər şəbəkəsi iyunun 30-da "Möhtəşəm 100 gün" lotereyasına yekun vuracaq. Fins.az-ın məlumatına görə, martın 17-dən başlayaraq iyunun 24-dək davam edən lotereya 100 günü əhatə edib. Lotereyanın oynanılması iyunun 30-da «Fairmont» otelində baş tutacaq. Marketlər şəbəkəsi bildirir ki, bununla bağlı tədbirə lotereyada iştirak etmiş istənilən şəxs dəvətlidir.

Eyni zamanda müştərilərin çoxsaylı müraciətlərini nəzərə alaraq uduşların keçirilməsini izləmək üçün «Araz» marketin facebook sosial şəbəkəsi üzərindən canlı yayımı da təşkil ediləcək.             Lotereyanın şəffaf keçirilməsi üçün «Araz» marketlərində yerləşdirilən lotereya qutuları plomblanaraq qeydə alınır. «Həmin qutular xüsusi çəkiliş qurupları ilə yığılaraq 30 iyun tarixində "Fairmont" oteldə komissiya üzvlərinin iştirakı ilə lototrona boşaldılacaq»-deyə məlumatda bildirilir.

Qeyd edək ki, "Möhtəşəm 100 gün" lotereyasının şərtlərinə görə "Araz" və SPAR marketlər şəbəkələrində 17 mart-24 iyun tarixləri aralığında hər 20 manatlıq alış-veriş edən müştəri bir ədəd kupon-lorereya qazanır. 

Uduşda «Kristal Abşeron»dan 1 ədəd 2 otaqlı tam təmirli mənzil, Toyota Bakı Mərkəzindən 3 ədəd avtomobil (Prado, Camry, Corolla), Bakı Electorincsdən 100-dən çox müxtəlif hədiyyələr oynanılacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275