ƏRZAQ SƏBƏTİ

Arıçılıq biznesində 240 milyon manat pul var
21 İYUN
260

Arıçılıq biznesində 240 milyon manat pul var

2016-06-21 15:47:00

Azərbaycanda təbii bala olan tələbat tamamilə yerli istehsal tərəfindən ödənilərsə, yerli arıçılıq şirkətləri və bu sahədə çalışan iş adamları indikindən 5 dəfə artıq qazanc əldə edə bilərlər. Fins.az-ın məlumatına görə, iqtisadçı ekspert Rövşən Ağayev ölkəmizdə arıçılıqla bağlı böyük biznes imkanlarının olduğunu bildirib.

Ekspertin sözlərinə görə, rəsmi məlumatlara əsasən, hazırda Azərbaycanda 2,3 min ton bal istehsal edilir və bu, adambaşına təxminən 240 qram bal deməkdir. Yerli məhsul istehsalı az olduğundan Azərbaycana xarici ölkələrdən böyük həcmdə bal gətirilir: «Marketlərdə müxtəlif ölkələrdən, xüsisilə Çindən idxal edilən balların sıxlığı hiss edilir».

Amma araşdırmalar göstərib ki, yerli iş adamları fəal olsalar, yerli bazarı əllərində saxlaya və böyük gəlir götürə bilərlər. R.Ağayev bildirir ki, indi bu sahədəki potensialdan son dərəcə zəif istifadə edilir: «Dünyanın müxtəlif ölkələrində adambaşına illik bal istehlakı 1-1,5 kq aralığında dəyişir. Məsələn, qonşu Türkiyədə 1,2 kq təşkil edir. Biz istehlakımızı bu səviyyəyə çatdırıb hamısını yerli istehsal hesabına ödəyə bilsək, hazırkı istehsal səviyyəmiz 4-5 dəfə artmalıdır».

Qeyd edək ki, Azərbaycan bazarında təbii balın orta satış qiyməti 1 ki loqram üçün 20 manat ətrafında dəyişir. Ölkədə bal istehlakının ildə 2,3 min ton (və ya ildə adambaşına 240 qram) olduğunu nəzərə alsaq, indii bu sahədə bazarın həcmi ildə 45-46 milyon manat ətrafındadır.

İstehlakı dünya ölkələri səviyyəsinə, yəni avdmsmbaşına ildə 1,2 kiloqrama çatdırmaq mümkün olsa, indiki qiymətlərlə bu 240 milyon manat vəsait deməkdir. Başqa sözlə arıçılıq biznesinin yalnız təbii balla bağlı istiqamətinin bazarı 240 milyon manat təşkil edir. Gələcəkdə bu məhsulun xaricə ixracının təşkil olunması bazarı daha da böyüdə bilər.

Qeyd edək ki, dünyada bal və digər arıçılıq məhsullarının böyük bazarı var. Sadəcə keyfiyyətli və ucuz məhsul istehsalına nail olmaq vacibdir. Ekspert bildirib ki, qonşu Türkiyə bu sahədə ciddi uğurlar əldə edib - Türkiyə bal istehsalına görə, dünyada Çindən sonra 2-ci yeri tutur.

Ekspert hesab edir ki, arıçılığın inkişaf etdirilməsi üçün Türkiyənin təcrübəsinin öyrənilməsi vacibdir: «Arıçılıq məhsullarının təkcə qida bazarında deyil, dünyanın kosmetika və tibb sənayesində də böyük bazarı var». Ölkədə bal istehlakının artırılması üçün digər imkanlar var. Hazırda Azərbaycanda təbii bal Nazirlər Kabinetinin təsdiqlədiyi minimum qida istehlakı normalarına daxil edilməyib, amma bir çox ölkələrdə bu məhsul məcburi rasiondadır».

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275