ƏRZAQ SƏBƏTİ

Azərbaycanda ərzaq məhsullarına tələbat 70 faiz artacaq - PROQNOZ
21 İYUN
250

Azərbaycanda ərzaq məhsullarına tələbat 70 faiz artacaq - PROQNOZ

2016-06-21 12:02:00

2050-ci ilədək Azərbaycan əhalisinin sayı 12,1 milyon nəfərə çatacaq. Fins.az-ın Trend-ə istinadən məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı ADA Universitetində təşkil edilmiş "Kənd təsərrüfatına strateji baxış: rəqabət, ərzaq təhlükəsizliyi və sosial aspektlər" mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, həmin dövr ərzində adambaşına düşən kilokalori istehlakının miqdarı gündə 2800-dən 3500-dək artacaq: "Bu o deməkdir ki, 2050-ci ilədək Azərbaycanda ərzaq məhsullarına tələbat 70 faiz artacaq".

V. Qasımlı qeyd edib ki, inkişaf etmiş ölkələrdə kənd təsərrüfatı məhsullarının emal edilmiş hər tonundan 200 dollar əlavə dəyər alırlar: "İnkişaf etməkdə olan ölkələrdə bu göstərici 50 dollar təşkil edir. Emal həcmlərini çoxaltmaqla əlavə dəyəri artıra bilərik ki, bu da rəqabət qabiliyyətinin elementlərindən biridir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275