ƏRZAQ SƏBƏTİ

Bu il meyvə baha olacaq – EKSPERTDƏN XƏBƏRDARLIQ
08 İYUN
245

Bu il meyvə baha olacaq – EKSPERTDƏN XƏBƏRDARLIQ

2016-06-08 14:58:00

Bu il Azərbaycanda meyvələrin qiymətinin yüksək olacağı gözlənilir. Ölkənin müxtəlif ərazilərində havaların qeyri-sabit keçməsi, baş verən güclü yağıntılar və temperatur dəyişiklikləri meyvələrin məhsuldarlığına təsirsiz ötüşməyib. Bunun nəticəsində ölkədə meyvə bağlarından yığılan məhsulun nisbətən azalacağı və qiymətlərin yüksələcəyi gözlənilir.

Aqrar sahə üzrə ekspert, Quba regional Aqrar elm və informasiya məsləhət mərkəzinin direktor müavini Mədəd Qurbanov fins.az-a bildirib ki, ölkənin şimal bölgəsində 38 min hektara yaxın bank var. Bu bağların 65%-i, yəni təqribən 22-23 min hektarı alma bağlarıdır. May ayında havaların rütubətli keçməsi və çoxlu yağıntının düşməsi məhsuldarlığa təsir edib. Ekspert bildirib ki, bunun nəticəsində məhsuldarlıq 25-30% azalacaq.

Alma bağlarında xəstəliyin yayılması da qiymətlərin artmasına səbəb olacaq: «Xəstəlik meyvənin əmtəəlik qabiliyyətini aşağı salır, ləkəli almanı heç kim almır, bu da satışa mənfi təsir edir. Nəticədə sağlam almaların qiyməti arta bilər»»-deyə ekspert bildirib.

Havaların pis keçməsi heyvanın da məhsuldarlığına mənfi təsir edəcək. Ekspert bildirir ki, bu il heyva çiçəkləyən dövrdə bölgədə hava rütubətli keçdi və monilioz xəstəliyi yayıldı: «Bu da məhsuldarlığa böyük zərər vurdu, demək olar ki, heyvanın məhsuldarlığını 70% aşağı saldı».

Qeyd edək ki, eyni xəstəlik aran zonasında da geniş yayılıb və burada da heyva ağaclarına mənfi təmir edib. Nəticədə bu il heyvanın da qiymətinin artması gözlənilir.

Havaların qeyri-sabit keçməsi ərik ağaclarının da məhsuldarlığına təsirini göstərib. Martın 29-31-i günlərində güclü yağışların düşməsi və geniş yayılan monilioz xəstəliyi məhsulun 90%-ni məhv edib. «Nəticədə əriyin də qiyməti bu il baha olacaq»-deyə ekspert bildirib. M.Qurbanovun sözlərinə görə, bütün məsələləri nəzərə aldıqda əriyin kiloqramının qiyməti 2 manatdan ucuz olmayacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272