ƏRZAQ SƏBƏTİ

Subsidiyaların verilməsində dəyişiklik olacaq – HEYDƏR ƏSƏDOV
06 İYUN
286

Subsidiyaların verilməsində dəyişiklik olacaq – HEYDƏR ƏSƏDOV

2016-06-06 19:04:00

Azərbaycanda kənd təsərrüfatı istehsalçılarına dövlət dəstəyinin - subsidiyaların verilməsi qaydalarında dəyişikliklər olacaq. Fins.az-ın məlumatına görə, bu barədə kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib. Onun sözlərinə görə, əvvəllər taxıl istehsalçıları üçün subsidiyaların verilməsi iki mərhələdə həyata keçirilirdi. Artıq yeni qərarla subsidiyalar bir mərhələli olaraq veriləcək. Həmçinin subsidiya sənədlərinin hazırlanması ilə bağlı olaraq rayon komissarlarının yaradılmasına və sənədlərin qəbuluna başlanılıb. Nazir baramaçılıqla məşğul olanlara subsidiyaların hansı formada veriləcəyini də dəqiqləşdirib. Onun sözlərinə görə, barama sahəsinə də subsidiya dəstəyinin verilməsi barədə nazirlik tərəfindən xüsusi təkliflər planı hazırlanmaqdadır. “Barama sahəsində toxumçuluğun idarə edilməsi, subsidiyaların son məhsula görə verilməsi prinsipi üzrə mexanizm artıq işlənib hazırlanmaqdadır və layihəni 1-2 həftə ərzində hökumətə təqdim edəcəyik” deyə nazir bildirib. Nazir qeyd edib ki, hər kiloqram baramaya görə təxminən 2 manat həcminə subsidiya verilməsi planlaşdırılır. Heydər Əsədov subsidiyaların son məhsul prinsipi ilə verilməsi təklifinə də münasibət bildirib. Onun sözlərinə görə, dünya təcrübəsi də göstərir ki, son məhsul prisipinin bütün məhsul növlərinə tətbiqi mümkün deyil. Xarici ölkələrdə də subsidiyalar yalnız bəzi strateji məhsullara son məhsul üzrə verilr.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274