ƏRZAQ SƏBƏTİ

"Hər buzova görə 100 manat veriləcək" - NAZİR
06 İYUN
898

"Hər buzova görə 100 manat veriləcək" - NAZİR

2016-06-06 18:51:00

Son 2 ildə Azərbaycana 7 min 400 ədəddən artıq müxtəlif növ kənd təsərrüfatı texnikası alınıb gətirilib. Fins.az-ın məlumatına görə, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov iyunun 6-da Bakıda keçirilən III Donor Əlaqələndirmə Görüşündə bildirib.

Qeyd olunub ki, alınan kənd təsərrüfatı texnikasının dəyərinin 40 faizinin ödənməsi ilə bağlı qərardan sonra bu istiqamətə 60 milyon manatdan çox vəsait ayrılıb.

Süni mayalama ilə bağlı görülən işlərdən də danışan nazir deyib: “Süni mayalama yolu ilə doğulan hər bir buzova görə sahibkara 100 manat subsidiya verilməsi qərara alınıb. Düşünürəm ki, artıq payızdan ödəmələrə başlanılacaq. Ötən il 5 min başdan çox buzov süni mayalama yolu ilə doğulub. Bu il daha yüksək rəqəm gözləyirik. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bu məqsədlə Süni Mayalama Mərkəzi yaradılıb və bir neçə aydan sonra istifadəyə veriləcək. Düşünürəm ki, bu da süni mayalamada kütləviliyə nail olmağa təsir edəcək.”

H.Əsədov, həmçinin bildirib ki, Süni Mayalama Mərkəzinin 12 regionda filialları yaradılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272