ƏRZAQ SƏBƏTİ

Quba və Xaçmazda taxıl zəmiləri məhv oldu
03 İYUN
172

Quba və Xaçmazda taxıl zəmiləri məhv oldu

2016-06-03 10:11:00

İyunun 1-i axşam saatlarında yağan qısamüddətli leysan yağışları Quba və Xaçmaz rayonlarının taxıl zəmilərinə ziyan vurub.

Yaxın günlərdə biçilməli olan taxıl zəmiləri güclü yağışın təsirindən yerə yatıb. Bu isə taxılın toplanması zamanı itkinin çoxalmasına səbəb olacaq.

Yerli təsərrüfatçıların sözlərinə görə, buğda ilə müqayisədə arpa sahələrinə daha çox ziyan dəyib.

Quba Regional Hidrometeorologiya Müəssisəsindən verilən məlumata görə, bölgədə yağıntılı hava şəraiti həftənin sonuna kimi davam edəcək. Regionun bəzi ərazilərində lokal xarakterli leysan yağışlarının yağacağı da istisna olunmur.

Mənbə: Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272