ƏRZAQ SƏBƏTİ

"Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun qəbul olundu
31 MAY
324

"Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun qəbul olundu

2016-05-31 16:33:00

Milli Məclisin bu gün keçirilən iclasında "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Qanun layihəsinə birinci oxunuşla müqayisədə bir neçə texniki yenilik edilib.

Qanun layihəsi kənd təsərrüfatı kooperasiyasının formalaşmasının və inkişafının, kənd təsərrüfatı kooperativlərinin təşkilinin və fəaliyyətinin hüquqi və iqtisadi əsaslarını müəyyən edir. Qanunun məqsədi Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalçılarının könüllü birləşməsi əsasında iri kənd təsərrüfatı müəssisələri yaratmaq, onların istehsal potensialından səmərəli istifadə etməklə rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etmək və məhsuldarlığı artırmaq, kənd təsərrüfatı kooperasiyasının formalaşmasına və inkişafına təkan vermək, kooperasiya iştirakçılarının iqtisadi, sosial və digər maraqlarını qorumaqdır.

Qanunda yeni yaradılacaq kooperativlər üçün kredit fondlarının yaradılmasını da nəzərdə tutulur.

Layihə 5 fəsil 18 maddədən ibarətdir.

Qanun layihəsi müzakirələrdən sonra ikinci oxunuşda da qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271