ƏRZAQ SƏBƏTİ

Bakıda qida sərgisi başlayır - "WorldFood Azerbaijan 2016"
16 MAY
363

Bakıda qida sərgisi başlayır - "WorldFood Azerbaijan 2016"

2016-05-16 14:35:00

Mayın 19-21-də Bakı Ekspo Mərkəzində regionun qida sənayesi üzrə əsas tədbiri - Azərbaycan Beynəlxalq "Qida sənayesi" "WorldFood Azerbaijan 2016" sərgisi keçiriləcək. Sərgi Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi, "Iteca Caspian" və "ITE Group" şirkətlərinin təşkilatçılığı ilə keçirilir.

200-dən artıq şirkət qatılacaq

"Iteca Caspian" şirkətindən verilən məlumata görə, "WorldFood Azerbaijan" sərgisində yerli və beynəlxalq ərzaq məhsulları bazarının aparıcı istehsalçı, distribüter və təchizatçıları iştirak edəcəklər. Bu il sərgidə Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Belarus, Çexiya, Qazaxıstan, Hindistan, İspaniya, İtaliya, Litva, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələri təmsil edən 200-dən artıq şirkətin iştirakı gözlənilir.

Azərbaycanın yeni şirkətləri «üzə çıxacaq»

Sərginin bölmələrində konservləşdirilmiş məhsullarla yanaşı, süd məhsulları, baqqaliyyə məmulatları, şirniyyat, soyutma sistemləri, içkilər və bir sıra digər məhsullar təqdim olunacaq. Həmçinin builki sərgidə ölkə bazarında ilk dəfə təmsil olunan meyvə və tərəvəz çeşidini geniş təmsil edəcək Azərbaycan şirkətləri iştirak edəcək.

Satış şəbəkəsi ilə şirkətlərin görüşləri olacaq

"WorldFood Azerbaijan 2016" sərgisində ilk dəfə olaraq qida məhsulları təchizatçılarının ticarət şəbəkələri və distribüterlərlə ikitərəfli görüşləri keçiriləcək. Bu cür ikitərəfli "B2B" görüşlər, istehsal şirkətlərinin rəhbərləri və pərakəndə satış nümayəndələri arasında şəxsi işgüzar əlaqələrin qurulmasına və ikitərəfli müqavilələrin imzalanmasına mühüm imkanlar yaradacaq. Eyni zamanda, həmin gün keçirilməsi planlaşdırılan Xəzər Beynəlxalq "Qablaşdırma, Tara, Etiket və Poliqrafiya" Ipack Caspian 2016" sərgisində müxtəlif sənaye sahələri üçün qablar, qablaşdırma materialları, tara və hazır qablaşdırmaların istehsal və tərtibatı üçün avadanlıqlar təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275