ƏRZAQ SƏBƏTİ

Azərbaycanda ərzaq 12% bahalaşıb
12 MAY
332

Azərbaycanda ərzaq 12% bahalaşıb

2016-05-12 15:30:00

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda qiymətlər 2015-ci ilin eyni dövrünə nisbətən 10,5% artıb. Dövlət Statistika Komitəsindən fins.az-a verilən məlumata görə, ərzaq məhsulları 12,2%, qeyri-ərzaq məhsulları 15,2%, əhaliyə göstərilən ödənişli xidmətlə isə 4,2% bahalaşıb.

Təkcə aprel ayında isə qiymətlər 0,2%, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,1%, qeyri-ərzaq məhsullarının qiymətləri 0,5% artıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalmışdır. 

Ay ərzində qarabaşaq yarmasının, toyuq ətinin, kolbasa məmulatlarının, yumurtanın, kərə və zeytun yağlarının, şəkər və şəkər tozunun, limonun, naringinin, bananın, almanın, armudun, kələmin, balqabağın, yerkökünün, çuğundurun, sarımsağın qiymətlərində artım, makaron məmulatlarının, balıq məhsullarının, qoyun ətinin, pomidorun, xiyarın, kartofun, soğanın, göyərtinin qiymətlərində isə azalma olub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 

Aprel ayında mart ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, xalça və digər döşəmə örtüklərinin, şüşə məmulatları, yemək qabları və əşyalarının, mebel və ev əşyalarının qiymətlərində bahalaşma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər qeydə alınmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272