ƏRZAQ SƏBƏTİ

Bakıda daha bir «Araz» market açıldı
29 APREL
749

Bakıda daha bir «Araz» market açıldı

2016-04-29 12:51:00

Bakıda “Araz Supermarketlər şəbəkəsi”nin yeni mağazası açılıb. Şəbəkənin marketinq departamentinin rəhbəri Anar Bünyadov fins.az-a bildirib ki, yeni mağaza “Xətai” metrosunun yaxınlığında fəaliyyət göstərir. Bununla da “Araz Supermarketlər şəbkəsi”ndə mağazaların sayı 40-a çatıb.

Eləcə də bax: Supermarketlərin problemlərinin kökündə nə dayanır?

A.Bünyadov bildirib ki, bu mağazada satılacaq mallar yerləşdiyi əraziyə uyğun olaraq seçilib: “Belə ki, yeni mağaza yaşayış binalarının arasında yerləşir. Məsələn Saray, Sumqayıt və digər yol üzərində yerləşən mağazalarda həm də bağ ləvazimatları satılır. Amma burada isə qiqa məhsulları ilə yanaşı, kosmetik məhsullar, ev avadanlıqları, mətbəx ləzavimatları da satılacaq”.

Mağazada təzə meyvə-tərəvəz də almaq mümkün olacaq. A.Bünyadovun sözlərinə görə, ümumilikdə burada 9000 minə yaxın seçiddə məhsul satılacaq. Mağazanın digər bir üstünlüyü məhsul üzrə çeşidlərin çox olması ilə bağlıdır. A.Bünyadov bildirib ki, “Xətai” mağazası ilə yanaşı, il ərzində daha 5 “Araz” supermaketinin açılması planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274