ƏRZAQ SƏBƏTİ

“SuperMarket №1” bağlanır
25 APREL
933

“SuperMarket №1” bağlanır

2016-04-25 13:12:00

Bakıda ötən il fəaliyyətə başlamış və cəmi 4 filial açmış “ SuperMarket-№1” bağlanır.

Şəbəkənin filiallarının bağlanmasına, 20 Yanvar metrosu yaxınlığında “Nəsimi” filialından başlanılıb.

Hazırda topdansatış şirkətləri mağazadakı öz mallarını geri təhvil almaqla məşğuldurlar.

Şəbəkənin “Nəsimi” filialı həm “SuperMarket-№1”in,  həm də Bakının ən böyük supermarketlərindən biri hesab olunurdu.

Qeyd edək ki, “SuperMarket-№1”lərin olimpiya çempionu Elnur Məmmədliyə məxsus olduğu bildirilirdi. İdmançı “SuperMarket-№1”lərin ona məxsus olduğunu təsdiq etmişdi.

Şəbəkənin 500 nəfər civarında işçisinin olduğu bilinirdi.

Qeyd edək ki, bir neçə gün öncə "Rahat Market" şəbəkəsinin 10 şöbəsi bağlanmışdı. Supermarket şəbəkələrinin rəhbərləri bildirirlər ki, hökumət ƏDV-ni 0 faizə salmadan gəlirlər işləmək çətindir. Market rəhbərləri bununla bağlı nazirə məktub da yazmışdılar.

Mənbə: Marja.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275