ƏRZAQ SƏBƏTİ

Fermerlərin satış problemi həll olunacaq - NAZİRLİK
12 APREL
326

Fermerlərin satış problemi həll olunacaq - NAZİRLİK

2016-04-12 19:34:00

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC fermerlərin öz məhsullarını satmaqları üçün böyük imkan yaradacaq. Kənd Təsərrüfatı Nazirliyindən fins.az-a verilən məlumata görə, nazirliyin tabeliyində olacaq qurum dövlət müəssisə və təşkilatlarının ərzaq məhsulları ilə mərkəzləşdirilmiş qaydada təmin olunmasını təşkil edəcək.

Bundan başqa, “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması” qaydası ərzaq məhsulunu satmaq istəyində olan istehsalçılara elektron qaydada qeydiyyata düşərək, məhsullarını dövlət tədarükçüsünə satmağa şərait yaradacaq.

Prezidentin imzaladığı “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması” qaydasının və “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin yaradılması haqqında sərəncamı Azərbaycanda kənd təsərrüfatının inkişafına təkan verəcək.

Kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmaq, kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etmək, ərzaq məhsullarının keyfiyyətini daha da artırmaq, dövlət vəsaitlərindən səmərəli istifadəni təmin etmək, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq məqsədilə ilə verilən fərman və sərəncamların icrası üçün Kənd Təsərrüfatı Nazirliyinin müvafiq şöbələrinə təlimatlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274