SAĞLIQ

Bu gün Ümumdünya Limfoma ilə Mübarizə Günüdür
15 SENTYABR
24

Bu gün Ümumdünya Limfoma ilə Mübarizə Günüdür

2017-09-15 11:33:00

Limfoma immun sistemi hüceyrələrinin şiş xəstəliyidir, limfatik düyünlərdən ibarət olan qorxulu şiş növü dalaq, çəngələbənzər vəzisi və sümük iliyini zədələyir. Limfoma bir deyil, 30-dan artıq xəstəliklər qrupudur. İmmun sistemin şişlərinin iki əsas tipi mövcuddur - Hoçkin və qeyri-Hoçkin limfoması.

Limfoma zaman keçdikcə inkişaf edən ciddi xəstəlikdir. Lakin buna baxmayaraq müasir təcrübə 80 faiz hallarda onu sağaltmağın mümkün olduğunu deməyə əsas verir. Xəstəliyin sağalma ehtimalı ona vaxtında qoyulan düzgün və dəqiq diaqnozdan çox asılıdır.

Qərbi Avropa ölkələrində limfoma ilə xəstələnmə ildə hər 100 min əhalidən 12-15 nəfərində təsadüf edilir.

©Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+20°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0368
  • ₽ RUB
    0.0293